yüklənir...
yüklənir...

Bu gün Aprel şəhidinin ailəsində toy oldu

Masallı rayonunun Qəriblər kəndində baş tutan toyda dövlət və ictimaiyyət nümayəndələri də iştirak ediblər.


Baku.News-a bu barədə həmin toyda iştirak edən Azərbaycan Alpaqut Federasiyasının (AAF) birinci vitse prezidenti, 2 saylı Bakı texniki-hümanitar liseyinin direktor müavini Nuranə xanım Şixəliyeva məlumat verib.
Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Nurəddin Mirzəyevin bacısının toy məclisində dövlət məmurları və ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri şəhid ailəsini tək qoymayaraq, bu günki gündə səbəbkara maddi və mənəvi dəstək oldular.
Toy məclisində Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənovun səbəbkarlara təbriki oxundu. Masallı rayon rəhbərliyinin hədiyyə və təbrikləri təqdim etdikdən sonra təbrik üçün söz Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə xanım Şixəliyevaya verildi.
Nuranə xanım ilk əvvəl Federasiya prezidenti Qüdrət Nuriyevin adından məclis iştirakçılarına salamını çatdiraraq, təbrik plaketinə məclisin səbəbkarlarına təqdim etdi. Sonra çıxışını davam etdirən Nuranə Şixəliyeva hər bir şəhidimizin ruhu qarşısında bir ana kimi, bir pedeqoq kimi, bir ictimaiyyət nümayəndəsi kimi baş əydiyini qeyd edərək, şəhidlərimizin əzizlərini heç zaman tək qoymamaq, hər zaman onlara mənəvi dəstək olamağın vacibliyini bildirmişdi. Həmçinin Alpaqut sözünün mənasını izah edərək, hər bir Azərbaycan əsgərinin və qazısının müqəddəs döyüşçü olduğunu bildirmiş və böyük inam hissi ilə düşmənlərlə müqəddəs savaşda müqəddəs döyüşçülərimizin - Alplarımızın qalib gələcəyini qeyd etdi.
Təbriklərdən sonra müxtəlif musiqi nömrələrinin ifası ilə məclis davam etdı.

Bu gün Aprel şəhidinin ailəsində toy oldu
Bu gün Aprel şəhidinin ailəsində toy oldu
Bu gün Aprel şəhidinin ailəsində toy oldu
Bu gün Aprel şəhidinin ailəsində toy oldu
Bu gün Aprel şəhidinin ailəsində toy oldu
Bu gün Aprel şəhidinin ailəsində toy oldu
Bu gün Aprel şəhidinin ailəsində toy oldu
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:22-02-2019, 23:32
Oxunub:86


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti