yüklənir...
yüklənir...

Hava kəskin PİSLƏŞƏCƏK - Yağış, qar gözlənilir

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nazirliyin xəbərdarlığına görə, fevralın 25-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:22-02-2019, 22:49
Oxunub:150


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti