yüklənir...
yüklənir...

"ASAN xidmət”ə 27 milyonuncu müraciət

“ASAN xidmət”ə 27 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Vetenperverler.az Metbuat.az-a istinadən xəbər verir ki, bu müraciət 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinə Fərman Hacıyev tərəfindən edilib. O, “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC tərəfindən həyata keçirilən xidmətlərdən yararlanıb.

27 milyonuncu müraciətin sahibi kimi Fərman Hacıyev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

"Məni çox mehriban şəkildə qarşıladılar və yola saldılar. "ASAN xidmətin" olması xalqı süründürməçilikdən, bürokratiyadan xilas edir. Arzu edirəm ki, gələcəkdə xidmətlərin sayı daha da çox olsun. "ASAN xidmətin" yaradılmasında əməyi olan hər kəsə təşəkkür edirəm", - deyə F,Hacıyev bildirib.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:13-02-2019, 13:23
Oxunub:179


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti