yüklənir...
yüklənir...

Milli Qəhrəman Mübariz İbrahimovun anım tədbirləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə hərbi hissələrdə və xüsusi təyinatlı tədris müəssisələrində anım mərasimləri keçirilib.

Hərbi qulluqçular M.İbrahimovun şəhidlər xiyabanındakı məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.
Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Tədbirlərdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gələn gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.
Tədbir çərçivəsində məktəblilər Milli Qəhrəmanın xidmət etdiyi hərbi hissədə olub, Müdafiə Nazirliyinin hərbi qulluqçuları isə Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-02-2019, 01:08
Oxunub:22


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti