yüklənir...
yüklənir...

Alpaqut Federasiyası 2 gün sonra Şəmkirdə turnir keçirdəcək

Qabil Hüseynov: "Ədalət prinsipi Alpaqut hakimlərinin başlıca meyarıdı."


Bu barədə "Alpagut.az" saytına verdiyi müsahibəsində Azərbaycan Alpaqut Federasiyası baş hakimi Qabil Hüseynov məlumat verib.
Fevralın - 9 da Şəmkir Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə Şəmkir rayon açıq turniri keçiriləcək. Turnir Azərbaycanın ərazi bütövlüyü uğunda canlarını fəda vermiş şəhidlərimizin əziz xatirəsinə həsr edilib.
Yarışın keçirilməsində məqsəd və hazırlıq işlərinin səviyyəsini öyrənmək üçün yarışın baş hakimi Qabil Hüseynova müraciət etdik.
- Qabil müəllim, Fevralın 9 - da nəzərdə tutduğunuz turnir Alpaqut Turan döyüş sənəti üzrə Şəmkirdə keçirilən neçənci yarışdı?
- Bu turnir Alpaqut üzrə Şəmkirdə dördüncü yarışdı. Beləki, iki dəfə Şəmkir açıq birinciliyi keçirilib, bir dəfə də
2017 -ci ilin oktyabr ayında Respublika Kuboku baş tutub Şəmkirdə.
- Qarşıdakı yarışın Şəmkirdə keçirilməsinə əsas məqsəd nədir?
- Əsas məqsədimiz Alpaqut Turan Döyüş Sənətini bölgədə inkişaf etdirməkdir. Bundan başqa hakim və məşqçilərin təcrübəsini artırmaq, gənclərdə fiziki və mənəvi ruh yüksəkliyi yaratmaq, vətənpərvərliyi aşılamaqdir. Onu da qeyd edimki, bu yarış Azərbaycan Alpaqut Federasiyası ilə Şəmkir rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Eyni zamanda bu yarış mart ayında Bakıda keçiriləcək V Azərbaycan Çempionatına bir növ hazırlıq xarakteri daşıyir.
- Bu yarışda hansı bölgələrdən və neçə idmançının iştirakı gözlənilir?
- Yarışda 250-300 idmançının iştirakı gözlənilir.Ölkəmizin bir çox bölgələrini təmsil edən komandalar iştirak edəcəyini bildiriblər. Bunlardan, Bakını təmsil edən 5 komandanı, Ağcabədi, Ağdam, Laçın, Bərdə, Yevlax, Şəmkir, Tovuz, Qazax, Şəki və digər komandaları qeyd etmək olar.
- Qabil müəllim, Siz AAF-nin baş hakımisiz və bu yarışda da baş hakimliyi Siz edəcəksiz. 9 fevralda Şəmkirə gələcək idmançılara ədalətli hakimlik vəd edirsizmi?
- Alpaqut Federasiyası gənc təşkilatdı. Cəmi 5 ildir fəaliyyət göstərməyinə baxmayaraq, hakimlərimiz mütamadi seminar və treninqlərdə iştirak edir, demək olar ki, hər ay yarışlarımız olur. Həm teoretik, həm də praktiki çox işləyirlər. Məqsədimiz şəffaf, təcrübəli və tam bitərəf hakimlər korpusu yetişdirməkdi. Və bu bizdə yaxşı nəticələr verir. İnanıram ki, Alpaqutun hakimləri öz keyfiyyətli işləri ilə ölkəyə və ölkədən kənara da səs salacaqlar. Ədalət prinsipi Alpaqut hakimlərinin başlıca meyarıdı.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-02-2019, 22:23
Oxunub:45


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti