yüklənir...
yüklənir...

Nardaranda odlu silah-sursat gizlədən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib

Vetenperverler.Az Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölməyə Nardaran qəsəbə sakini İntiqam Vəliyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs polislər tərəfindən saxlanılıb və onunla aparılan profilaktik söhbətlər zamanı o, qəsəbə ərazisində gizlətdiyi sursatın yeri barədə məlumat verib. Qeyd edilən əraziyə baxış zamanı İ.Vəliyev tərəfindən torpağa basdırılan 27 ədəd avtomat gülləsi, bir ədəd F1 qumbarası alışqanı ilə birlikdə, iki ədəd bıçaq, bir ədəd 12 kalibrli ov tüfənginə məxsus güllə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-01-2019, 16:47
Oxunub:155


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti