yüklənir...
yüklənir...

"Təhminə və Zaur " serialın yayımı DAYANDIRLDI

Xalq yazıçısı Anarın məhşur əsərini gözdən salan serialının yayımı dayandırıllb.



Bu barədə filmin baş rol ifaçısı Cövdət Şükürov məlumat verib.
O, çəkiliş heyətinin maaşlarını ala bilməməsi ilə bağlı yayılan xəbərləri inkar edib. "Serialın dayandırılması doğrudur. Artıq hekayə bitmişdi, uzada bilmədilər. Odur ki, bitirilməsinə qərar verildi. Lakin maaşların verilməməsi həqiqətə uyğun deyil", - deyə Cövdət Şükürov bildirib.
Məlumat üçün bildirək ki, aktyor Cavidan Novruz rol aldığı "Təhminə və Zaur” serialından qonorarını ala bilmədiyini söyləyib.
"Təhminə və Zaur" serialında Spartak obrazını canlandıran C.Novruz bu barədə İnstaqramda məlumat verib. O, ekran işinin yarımçıq dayandırıldığını qeyd edib: "Bu məmləkətdə hər şey belədir, kimlərlə yaxşı olursan, həvəslə işə girişirsən, iş gördüyün insanlar səni hər şeydən iyrəndirir. Bir işi kişi kimi görmək lazımdır. Yalanla aktyor aldatmazlar. Yeganə millətik ki, aktyora pul verməyə can çəkirlər. Əziyyət çəkən bizik, səhər tezdən çəkilişə gedirik, canımız çıxır, sonda da belə olur. Gördüyünüz işin içinə tüpürüm. Sözümü həmişə açıq demişəm. Sonda hamını başınıza yığıb kişi kimi hallalaşmağı bacarmadınız. Heç nəyimi halal etmirəm. Şəxsiyyət olmağı bacarın, sonra işlər görün!”.
Qeyd edək ki, ekran işində əməkdar artist Mehriban Xanlarova, Kəmalə Müzəffər, aktyorlar Cövdət Şükürov, Nərgiz Əliyeva və başqaları rol alıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-01-2019, 19:51
Oxunub:226