yüklənir...
yüklənir...

Azərbaycan Alpaqut Federasiyası rəsmilərinin 20 yanvar hadisəsinə baxışı

"Vetenperverler.az" xəbər portalının əməkdaşı Azərbaycan Alpaqut Federasiyasınının rəhbərliyində 20 yanvar hadisələrinə münasibətin öyrənib.



1990-ci il yanvarın 19-dan 20-na keçən gecə Bakı şəhərində Sovet hərb rejiminin törətdiyi qanlı hadisədən 29 il ötür. Həmin gecənin qəhəman şəhidlərinin əziz xatirəsini hər il ictimaiyyət nümayəndələri, ziyalılar, tələbələr, hərbiçilər və digər peşə sahibləri böyük etiramla yad edirlər. İllər, əsrlər ötsə də şəhidlərimizin xatirəsi qəlblərdə yaşayacaq.
Hər zaman vətənpərvərlik və milli məsələlərdə öndə olan Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyevə, birinci vitse prezident Nuranə xanım Şixəliyevaya, vitse prezident Rafiq Qasımova və baş katib Etibar Toğrula müraciət edərək, bu günün mahiyyəti barədə qısa açıqlamalar aldıq.

Qüdrət Nuriyev: "20 hadisələri xalqımızın milli oyanışının qarşısını almaq məqsədi ilə törədilmişdi.

"

Azərbaycan Alpaqut Federasiyası rəsmilərinin  20 yanvar hadisəsinə baxışı

Xöşbəxt o xalqlardırki, onun tarixinin qəhrəmanlıq səhifəsi olur. Bizim milli tariximizin qəhrəmanlıq səhifəsini isə 20 yanvar şəhidləri öz qanları yazdılar. Böyük Türk şairi Mithat Cemal məhşur şerində söylədiyi kimi;
Bayraqları bayraq yapan üstündəki qandır,
Toprak, əğər uğrunda ölən varsa, Vətəndır.

Bəli, bizim başımızın üzərində dalğalanan bayrağımız məhz şəhidlərimiz qanı hesabına yenidən göylərə ucaldı. Elə bunun qarşısın almaq üçün keçmiş Sovet imperiyası 1990-ci il 19 yanvar gecəsi Bakıya qoşun yeritdi. Əliyalın insanlara qarşı qırğın törədildi. Bu gün tam əminliklə demək olar ki, 20 hadisələri xalqımızın milli oyanışının qarşısını almaq məqsədi ilə törədilmişdi.
Bu gün, Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi ilə Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərini yad etdik. Bu gün bir daha azərbaycanlı olmağımla fəxr etdim. Xalqımızın azadlıq mücadiləsində canlarını fəda vermiş şəhidlərimizlə bir daha qürur duydum. Şəhidlərimiz ruhları qarşısında baş əyərək demək istəyirəm ki; "Rahat uyuyun, xalqımızın qəhrəman övladları. Uğrunda canınızdan keçdiyiniz Azərbaycan bu gün müstəqil dövlət kimi dünyada söz sahibidir. Regionun ən güclü dövlətidir. Qafqazın ən güclü ordusu məhz bizim dövlətə məxsusdur.Bütün bunların əldə olunmasında sizlərin fədakarlığınız böyük rol oynadı."
Nə qədərki, Azərbaycan dövləti var, nə qədərki, bizlər varıq, 20 yanvar şəhidlərinin əziz xatirəsi də var olacaq. Həm keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı etdiyi vəhşilikləri, həm də, həmin müdhiş gecədə azadlıq mücahidlərinin qəhrəmanlıqlarını nəsildən nəsilə ötürəcəyik.
****

AAF-nin birinci vitse prezident Nuranə Şixəliyeva: "20 yanvar şəhidlərin ruhları qarşısında özümüzü mənəvi borclu sayırıq.

"

Azərbaycan Alpaqut Federasiyası rəsmilərinin  20 yanvar hadisəsinə baxışı

29 il bundan əvvəl Bakı şəhərində baş vermiş qanlı cinayətə bu gündən baxanda qan üzərində qurulmuş Sovet imperiyasının qanlı sonluğun görürük. Həqiqətən 1990-ci ilin yanvar ayında çürüməkdə olan Sovet imperiyası son nəfəsində Azərbaycanda dinc əhalinin qanın axıtdı.
Ancaq, mübariz xalqımızın gözü qorxmadı. Daha da mübarizləşdi. O ağır günlərdə Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev öz qətiyyətli bəyanəti ilə xalqımızın mövqeyini ortaya qoydu və Sovetler rəhbərliyinin bu qeyri insani hərəkətini pislədi.
Xalqımız isə Heydər Əliyev kimi güclü bir liderə arxalanaraq, müstəqillik yolunda mücadiləsin davam etdirdi. Elə bu mücadilənin nəticəsidir ki, 20 yanvar hadisələrindən bir il sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyəsətin nəticəsi idiki, müstəqilyimizə qarşı zaman-zaman olan həmlələrin qarşısı qətiyyətlə alındı. Məhz Heydər Əliyev siyasəti bu müstəqiliyimizi əbədi və dönməz etdi. Bununla da 20 yanvar şəhidlərimizin uğrunda şəhid olduqları ideya gerçəyə çevrildi.
Bu gündə cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu uğurlu siyasət davam etməkdədir. Bu gün bizim güclü, qüdrətli, müstəqil dövlətimiz var və bu dövlət hər bir şəhid ailəsinin arxasındadır.
****

AAF-nin vitse prezidenti Rafiq Qasımov: "20 yanvar qırğını imperiyanın əsarətindən ayrılmağa can atdığımız üçün törədilmiş bir qırğındır."


Azərbaycan Alpaqut Federasiyası rəsmilərinin  20 yanvar hadisəsinə baxışı

Əsasən deyirlərki 20 yanvar qırğını imperiyanın əsarətindən ayrılmağa can atdığımız üçün törədilmiş bir qırğındır. Amma mən elə düşünmürəm! Xalqın qəhrəmanlığı öz yerində ona görə ki, xalq qorxmadan özünü güllənin qarşısına atırdı, amma nə baş verdiyini belə bilmədən. Lakin 20 yanvar günü Azərbaycan xalqının qözünün qırılması (qorxudulması) üçün təşkil olunmuş bir SOYQRIMDIR. Sovet hökuməti özü başdan dağıdılırdı, amma bizi qorxutmaq məqsədi ilə qırdırdılar və bu Bakı qırğını ilə baş tutmadı. Əksinə milləti coşdurdu, meydanlara üz tutmağa sövq etdi. İstəsəydilər elə insanların meydanlarda olduqları vaxtlarda da daha kütləvi qırğınlar həyata keçirərdilər. Məqsəd milləti tam qırmaq yox qoxutmaq, qorxu içərisində saxlamaq idi və elə buna görə də ikinci dəvə Xocalıda bu hadisənin davamını daha şıddətli həyata keçirdilər və məqsədlərinə nail oldular. Vəhşicəsinə olan qeyri insani rəfdarla xalqımızın gözünü qırdılar.
****

AAF-nin baş katibi Etibar Toğrul: "Azərbaycan xalqı 70 il idiki 20 yanvara yol gəlirdi."


Azərbaycan Alpaqut Federasiyası rəsmilərinin  20 yanvar hadisəsinə baxışı

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
Azərbaycan xalqı 70 il idiki 20 yanvara yol gəlirdi. 70 il idiki azadlıqsever xalqımız Sovet imperiyası ilə üzləşmək və üzülüşmək üçün məqam gözləyirdi. Nəhayət 19-20 yanvar 1990-ci ildə belə bir tarixi məqam yetişdi.
Azadlıq, müstəqillik qurban tələb edir. Bizim azadlıq mücadiləmiz də qurbansız olmadı.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar milli qürur günü kimi respublikamızda hər il geniş qeyd edilir.

Hazırladı: Yeganə Telmanqızı

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-01-2019, 17:09
Oxunub:106


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti