yüklənir...
yüklənir...

Azərbaycanın Çindəki Səfirliyində 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı anım mərasimi keçirilib

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) Səfirliyində 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.



Səfirlikdən "Vetenperverler.az"a verilən mlumata görə, Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin ÇXR-dəki səfiri Əkrəm Zeynallı 1990-cı ilin yanvarında baş verən faciə haqqında danışaraq qeyd edib ki, 20 Yanvar faciəsi müasir tariximizdə ən qanlı günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsidir. Sovet rəhbərliyinin azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqını silah gücünə susdurmaq niyyəti insan tələfatı ilə nəticələnsə də, xalqımızın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi.
Səfir unudulması mümkün olmayan, insanlığa qarşı törədilən bu qatı cinayətin hər dəfə ürəkağrısı ilə, dərin hüznlə yad edildiyini bildirib: "Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyi, azadlığı uğurunda mübarizə aparmaq əzmindədir".
Bildirilib ki, o dövrdə ulu öndər Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskvada Azərbaycan xalqı adından sərt bəyanat verib, 20 Yanvar hadisələrində xalqımıza qarşı törədilən qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlandı, hadisə öz hüquqi-siyasi qiymətini aldı.
Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları o müdhiş gecədə baş verən hadisələri əks etdirən fotosərgiyə baxıblar.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-01-2019, 16:30
Oxunub:45


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti