yüklənir...
yüklənir...

Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi

Qan yaddaşımız. Qürur yerimiz!
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş o şanlı və qanlı gecə 1990-cı il yanvarın 19-dan 20- nə keçən gecə, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları çanlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin müdhiş gecədə həlak olan günahsız oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı,müstəqilliyi ücün yol açdılar…
1990-çı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya 5 istiqamətdə qoşun daxil oldu (Binə- Qala marşurutu,Salyan kazarmasından hərəkət, Qurd qapısı marşurutu,Xəzər dənizində Sovet Hərbi Donanmasının hazırlıq əməliyyatları). Sovet silahlı qüvvələri şəhərə daxil oldular.Bakı düşməh əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə əsgərlər qaçan adamları atəşə tutur,yaralıları güllələyirdilər. Dinç sakinlərlə dolu avtobus gülləborana tutulurdu bir çox sərnişinlər qətlə yetirildi. Yanvarın 20-nə kecən gecə sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğında 131 nəfər öldürülmüş,744 adam ağır xəsarət almış,4 nəfər itkin düşmüdü, 400 nəfər həbs edildi. Öldürülənlər arasında qadınlar,uşaqlar və qocalar həmçinin təcili yardım işçıləri,polis işçiləri olmuşdur.SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyasını kobudcasına pozmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. 1998-ci il martın 31-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə “20 Yanvar Şəhidi” fəxri adını təsis etmişdir.
20 yanvar faciəsindən 29 il ötür. SSRİ rəhbərliyinin törətdiyi vəhşiliklə Azərbaycan xalqının milli azadlıq ruhunu boğa bilmədi. Məhz 20 Yanvar şəhidlərinin fədakarlığının nəticəsidir ki,bu gün Azərbaycan müstəqil dövlət kimi hər gün güclənir,beynəlxalq münasibətlərin axarına öz müsbət təsirini göstərir. Bu günki və gələcək nəsillərin qürur mənbəyinə çevrilmiş 20 Yanvar Şəhidlərimizin əziz xatirəsi hər zaman xatırlanacaq. Azərbaycanın işıqlı sabahı uğrunda həlak olmuş mərd övladlarımız həmişə yad ediləcək. Xalqının yaddaşında yaşayan şəhidlər xoşbəxt və ölməzdilər!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:19-01-2019, 22:19
Oxunub:193


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti