yüklənir...
yüklənir...

Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti BƏƏ-dən səfərdən qayıdıb

Xəbər verdiyimiz kimi Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə Şixəliyeva Dubayda bir neçə tədbir və görüşlərdə iştirak edib.



Azərbaycanın BƏƏ-dəki Səfirliyinin dəvəti ilə Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə Şixəliyeva bir həftə həmin ölkədə səfərdə olub. İlk iştirak etdiyi tədbir Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu və BƏƏ-dəki Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dubay şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bayram tədbiri olub. Tədbir Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov tərəfindən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təbrik məktubunun oxunması ilə başlayıb.
Sonra Azərbaycanın milli musiqi nömrələri ifa edilib, eləcə də milli mətbəximiz nümayiş etdirilib. Tədbirdə Nuranə xanım öz bayram təbrikini tədbir iştirakçılarına çatdırıb.
Bundan başqa Nuranə xanım Şixəliyeva Dubayda fəaliyyət göstərən Azərbaycanın diaspora nümayəndələri, ziyalıları və azərbaycanlı tələbələrlə görüşlər keçirdib. Görüşlərdə Azərbaycan dövlətinin idmana göstərdiyi qayğıdan və Alpaqut idman növü barəsində geniş məlumat verib.
Ölkəmizin BƏƏ-də Səfirliyinin xətti ilə təşkil olunan həmin səfər bir həftə davam edib.

Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti BƏƏ-dən səfərdən qayıdıb
Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti BƏƏ-dən səfərdən qayıdıb
Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti BƏƏ-dən səfərdən qayıdıb
Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti BƏƏ-dən səfərdən qayıdıb
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-01-2019, 20:34
Oxunub:56


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti