yüklənir...
yüklənir...

Bu ilin dekabrında Bakıda Beynəlxalq döyüş Festivalı keçiriləcək

Dünən Azərbaycan Döyüş Federasiyaları Asossasiyasının toplantısı keçirilib.



Bu barədə Azərbaycan Alpaqut Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə toplantıya ADFA-nin baş katibi Vasif Namazov sədrik edirdi.
Toplantıda ADFA-ya daxil olan Alpaqut , MuayTay, Uşu, Taekvondo İTF, Federasiyalarının nümayəndələri iştirak etdilər.
Toplantıda 2019 cu il üçün " Prezident Kuboku" adlı Beynəlxalq Döyüş Növləri Festivalı keçirilməsi qərara alındı.
Yarışı Əl Oyunları idman-konsert Sarayında və ya Sərhədçi Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutuldu.
Yarışa Alpaqut, MuayTay və Uşu idman növlərindən başqa Taekvando və Karate idman növlərinin də daxil olması məqsədəuyğun hesab edildi. Eyni zamanda festival çərçivəsində bu idman növləri üzrə professional görüşlərin keçirilməsi qərara alındı və bu iş S1 professional döyüş liqasına həvalə olundu.
Yarışın Əsasnaməsinin yüksək standartlara uyğun şəkildə hazırlanması qərara alındı.
Toplantıda yarışın Təşkilat Komitəsi ilə yanaşı, hər bir idman növü üzrə aşağıda adı qeyd olunan:
Rafiq Qasımov (Alpaqut), Bahrəddin Səlimov ( Uşu), Şəhriyar İsayev (MuayTay ), Barat Orucov (İTF Taekvando ) cavabdeh şəxslər olaraq təyin edildi. Bundan əlavə Nizam İntizam Komitəsinin təşkil edilməsi barədə qərar qəbul edildi və hər bir Federasiyanın NİK sədrlərinin bu işə cəlb edilməsi barədə razılığa gəlindi.
Sonda, bu mötəbər beynəlxalq yarışın yüksək səviyyədə həyata keçirilməsi məqsədilə ADFA-nin prezidenti Azər Həsənsoy, yarışın keçirilməsi üçün formalaşan təşkilatı komitəsinin qarşısında nəzarətçi-tənqitçi təyin edildi.
Toplantıda Azərbaycan Alpaqut Federasiyasını prezident Qüdrət Nuriyev və baş katib Etibar Toğrul təmsil edirdi.

Bu ilin dekabrında Bakıda Beynəlxalq döyüş Festivalı keçiriləcək
Bu ilin dekabrında Bakıda Beynəlxalq döyüş Festivalı keçiriləcək
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-01-2019, 22:33
Oxunub:42


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti