yüklənir...
yüklənir...

Bu il dünyanın ən uzun avtomobil körpüsü istifadəyə təhvil veriləcək

Küveytdə dünyada ən uzun avtomobil körpüsünün inşası davam edir.

VETENPERVERLER.AZ Oxu.Az-a istinadən xəbər verir ki, körpünün (48,5 km) tikintisi 2019-cu ildə yekunlaşacaq.

Şeyx Caber adına körpünün inşası Koreyanın "Hyundai" korporasiyası ilə 2,6 milyard dollar dəyərində müqavilənin imzalanmasından 6 il sonra - aprel ayında başa çatacaq.

Küveytin şəhər aqlomerasiyası ilə qarşıdakı Küveyt buxtasını birləşdirəcək körpü müvafiq olaraq 36,1 və 12,4 km uzunluqlara malik iki hissədən ibarət olacaq. Qeyd edək ki, buxtada Küveyt hakimiyyəti “İpək şəhəri” adlı bir neçə milyardlıq memarlıq layihəsini həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, hazırda dünyada ən uzun avtomobil körpüsü (42 km) Çinin şərqindəki Sindaoda yerləşir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-01-2019, 00:40
Oxunub:35


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti