yüklənir...
yüklənir...

Dünyanın ən güclü dilləri müəyyən edildi — SİYAHIDA TÜRK DİLİ DƏ VAR

Dünya İqtisadi Forumu dünyanın ən güclü dilləri barədə araşdırmanın nəticələrini açıqlayıb.
VETENPERVERLER.AZ “Ölkə.Az” istinadən xəbər verir ki, ən güclü dillər coğrafiya, iqtisadiyyat, rabitə, elm, media və diplomatiya kateqoriyalarında dəyərləndirilərək seçilib.

İlk onluğa daxil olan dillərdən 6-sı Avropa dilləridir. Siyahını oxucularımıza təqdim edirik.
1. 446 milyon insanın ana dili olan ingilis dili dünyanın ən güclü dili seçilib.

2. 960 milyon insanın ana dili olan Çinin Mandarin ləhcəsi ikincidir.

3. 80 milyon insanın ana dili olan fransız dili siyahının üçüncüsüdür.

4. Dördüncü yerdə 470 milyon insanın ana dili olan ispan dilidir.

5. Ərəb dili isə siyahıda beşincidir. Bu dil 295 milyon insanın ana dilidir.

6. Rus dili də ilk onluqdadır. Altıncı olan rus dilində 150 milyon insan danışır.


7. 93 milyon insanın ana dili olan alman dili də yeddincidir.

8. Yapon dili səkkizincidir. 125 milyonun ana dilidir.


9. Portuqal dili doqquzuncu ən güclü dildir. 215 milyon insanın ana dilidir.

10. Hind dili onluğu bağlayır. 310 milyon insanın ana dilidir.


88 milyon insanın ana dili olan türk dili isə 18-ci yerdədir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-01-2019, 00:16
Oxunub:31


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti