yüklənir...
yüklənir...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Dubayda da qeyd edilib

Həmin tədbirdə BƏƏ-dəki Səfirliyimizin dəvəti ilə Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə Şixəliyeva da iştirak edib.
Dubay şəhərində səfərdə olan Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə xanım Şixəliyevanın "Vetenperverler.az" xəbər portalına verdiyi məlumata görə, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu və BƏƏ-dəki Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dekabr ayının 30 da Dubay şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbir Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov tərəfindən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təbrik məktubunun oxunması ilə başlayıb.
Sonra Azərbaycanın milli musiqi nömrələri ifa edilib, eləcə də milli mətbəximiz nümayiş etdirilib. Tədbirdə, BƏƏ-də fəaliyyət göstərən ziyalılar, iş adamları və Azərbaycandan getmiş qonaqlar da öz bayram təbriklərini tədbir iştirakçılarına çatiriblar.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Dubayda da qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Dubayda da qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Dubayda da qeyd edilib
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-01-2019, 19:37
Oxunub:156


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti