yüklənir...
yüklənir...

Ağdam rayonunun ümumtəhsil məktəbləri qış mövsümünü hazırlıqla qarşılayırlar

Tədrisin keyfiyyəti qış aylarında sinif otaqlarının, fənn kabinetlərinin normal istiliklə təminatından çox asılıdır. Odur ki, Ağdam rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən 135 ümumtəhsil müəssisəsinin qızdırılması üçün zəruri tədbirlər həyata keçirilib.

VETENPERVERLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, Ağdam rayon təhsil şöbəsindənbildiriblər ki, məktəblərin 33-ü təbii qaz, 9-u dizel, 53-ü odun, 13-ü elektrik vasitəsilə isidilir. Təbii qazla isidilən məktəblər mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. Dizel vasitəsilə isidilən məktəblərin fərdi qazanxanası var. Mərkəzləşdirilmiş istilik sistemi, qazanxanası mövcud olan və elektriklə qızdırılan məktəblərə baxış keçirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Bu məktəblərin istilik sistemləri istismar vəziyyətindədir. Digər məktəblərdə isə sobalar və elektrik qızdırıcıları qurulub. Məktəblər üçün nəzərdə tutulan odun və dizel yanacağı təyinatı üzrə paylanılıb. Qış fəslində məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq.

Qeyd edək ki, Ağdam rayonunun ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi üçün ümumtəhsil məktəblərinin 75-i ağdamlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları şəhər və rayonlarda, 60-ı isə rayonun işğal altında olmayan hissəsində fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-12-2018, 23:35
Oxunub:241


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti