yüklənir...
yüklənir...

Yol polisi sürücülərə müraciət etdi

Hazırda paytaxt və bölgələrdə müşahidə olunan yağmurlu hava şəraitinə baxmayaraq Baş Dövlət Yol Polisi və Bakı şəhər BPİ Dövlət Yol Polis İdarələrinin əməkdaşları xidməti fəaliyyətlərini davam etdirirlər.
VETENPERVERLER.AZ Oxu.Az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq baxçaları, orta ümumtəhsil məktəbləri, iri idarə və müəəssilərin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Qeyd edilən məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.

Yağışlı havada nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polislər köməklik göstərərək nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər.

Görülən təhlükəsizlik tədbirlərinin nəticəsidir ki, bu saata olan məlumata görə paytaxt ərazisində ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisəsi qeydə alınmayıb. Baş verən 9 yol qəza hadisəsi zamanı isə yalnız avtomobillərə maddi ziyan dəyib.
Yol polisi sürücülərə müraciət etdiскачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-12-2018, 21:51
Oxunub:183


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti