yüklənir...
yüklənir...

İcra başçısı vətəndaşları dinlədi, tapşırıqlar verdi

Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin növbəti səyyar görüşü rayonun Ağgöl kəndində keçirib.

Tədbirdə kənd sakinləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli qurumların nümayəndələri iştirak edib.

Səyyar qəbulu giriş sözü ilə açan rayon İcra başçısı ölkəmizdə bölgələrimizə göstərilən diqqət və qayğıdan, ordu quruculuğu sahəsində görülən işlər, son zamanlar həyata keçirilən layihələr və bundan sonra icrası nəzərdə tutulan işlər haqqında geniş məlumat verib.

İcra başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmış və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş edib.

Sakinlər Telekommunikasiya qovşağının yaradılmasını, içməli su məsələsi, suvarma suyunun verilməsinin təşkili və təbii qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər ediblər.

Sonda Məhərrəm Quliyev vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər üzrə strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:19-12-2018, 17:43
Oxunub:190


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti