yüklənir...
yüklənir...

İlham Əliyev Bakıda açılış etdi

Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib.

VETENPERVERLER.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ümumi ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Bu istirahət mərkəzinin ərazisində idman meydançası və açıq havada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb. Parkda inşa olunan Gənclər Mərkəzinin üçmərtəbəli binasının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Mərkəzin ümumi sahəsi 5800 kvadratmetrdir. Mərkəzin yüksək zövqlə inşa edilən binasının interyeri müasirliyi ilə seçilir. Burada 300 yerlik böyük konfrans zalı yaradılıb. Zalda rayonun ictimai-siyasi, mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur.

Gənclər Mərkəzində Heydər Əliyev Muzeyi fəaliyyət göstərəcək.

Dekabrın 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir.

Ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb.

Parkda yenidənqurma işləri çərçivəsində inşa olunan üçmərtəbəli Gənclər Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Sonra prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-12-2018, 00:20
Oxunub:165


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti