yüklənir...
yüklənir...

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbdə H.Əliyevin vəfatının 15-ci Il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbdə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatının 15-ci Il dönümü ilə əlaqədar “Xalqa bağışlanan ömür” mövzusunda anım tədbiri keçirilib.
II-IV azkomplektli sinifin rəhbəri ibtidai sinif müəllimi Samir Abbaslının təşkil etdiyi tədbir Ümummilli lider Heydər Əliyevi bir dəqiqəlik sükutla yad etdikdən sonra dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirin təşəbbüskarı məktəbinibtidai sinif müəllimi Samir Abbaslı çıxışında ulu öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən söz açdı.Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsindəki müstəsna rolundan bəhs etdi. Ulu Öndərin yürütdüyü uzaqgörən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyi qeyd olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev siyasi irsini Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız, bu siyasəti yüksək dəyərləndirir. Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olması şagirdlərin diqqətinə çatdırılıb.
Anım tədbirində şagirdlər ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndiriblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbdə H.Əliyevin vəfatının 15-ci Il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbdə H.Əliyevin vəfatının 15-ci Il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-12-2018, 21:32
Oxunub:300


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti