yüklənir...
yüklənir...

Nazirlikdən şaxta babadan hədiyyə istəyən Tufanla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyi 11 yaşlı Tufanın Şaxta Babaya məktubu barədə açıqlama verib.
VETENPERVERLER.AZ Oxu.Az-a istinadən bildirir ki, nazirliyin informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə sosial şəbəkədə yazıb:
“Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir.
Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”, - deyə o bildirib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-12-2018, 21:01
Oxunub:178


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti