yüklənir...
yüklənir...

Direktor: Perinatal mərkəzə 37 anasız yenidoğulmuş gətirilib

Son üç ay ərzində mərkəzin doğum şöbəsində 522 hamilə qeydə alınıb. Onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə cərrahi doğuş keçirib.
Bu barədə VETENPERVERLER.AZ Oxu.Az-a istinadən bildirir ki, bu barədə Şəki Regional Perinatal Mərkəzin direktoru Ruziyyə Hüseynova məlumat verib.
O bildirib ki, son dövrlərdə mərkəzdə ana ölümü yaşanmayıb:
“Mərkəz əvvəl doqquz rayona tibb xidməti göstərirdi. Hazırda isə yeddi rayona xidmət göstəririk. Perinatal Mərkəzində 55 çarpayı var. Onlardan 20 çarpayı patoloji hamiləlik şöbəsinə, 30 çarpayı fizioloji doğum şöbəsinə və beş çarpayı isə reanimasiya şöbəsinə aiddir. Mərkəzdə yenidoğulmuşların intensiv terapiya şöbəsi fəaliyyət göstərir ki, burada yeddi rayondan ekstremal az çəkili yenidoğulmuşlar, tənəffüs çatışmazlığı problemi olanlar, ürək qüsuru olanlar və s. müalicə alır.
Çox ciddi ürək qüsuru olan yenidoğulmuşlar geniş müayinə üçün təcili olaraq Bakı şəhərinə göndərilir. Mərkəzə 22 həftəni keçmiş hər hansı patologiyası olan hamilələr, çəkisi 500 qramdan çox olan və həyat əlamətləri olan yenidoğulmuşlar qəbul edilir. Ən çox müraciətlər hamiləlik nevropatiyası ilə bağlı olur. Hamilələr ucqar kəndlərimizdə belə qadın məsləhətxanasına vaxtında müraciət edir”.
Direktorun sözlərinə görə, Şəki Regional Perinatal Mərkəzində qəbul şöbəsi az xəstəxanalarda rast gəlinən filtr şəkilli sistemlə qurulub:
“Regionlardan həkim göndərişi ilə mərkəzə müraciət edən hamilələr qəbul şöbəsinə daxil olduqdan sonra ana bətnində dölün ürəyinin kardioqraması çıxarılır, xarici və daxili müayinələr aparıldıqdan sonra isə doğum şöbəsinə yola salınır.
Mərkəzin yenidoğulmuşlar şöbəsinə son üç ay ərzində cəmi 488 körpə daxil olub, onlardan doqquzu əkiz doğulub. 55 yenidoğulmuş isə reanimasiya şöbəsində müalicə alır. Başqa rayonlardan isə mərkəzə 37 anasız yenidoğulmuş gətirilib.
Son üç ay ərzində mərkəzin doğum şöbəsində 522 hamilə qeydə alınıb. Onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə cərrahi doğuş keçirib. Mərkəzin intensiv terapiya şöbəsində hazırda yeddi yenidoğulmuş körpə müalicə alır. Aralarında əkiz körpələrin də olduğu şöbədə ən az çəkili uşaq 1,4 qramdır. Əkizlərdən birinin çəkisi az olduğundan onu həyatda saxlamaq mümkün olmayıb”.скачать dle 10.6фильмы бесплатно

Tarix:3-12-2018, 12:19
Oxunub:31


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti