yüklənir...
yüklənir...

Nazir: Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib

Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı.

VETENPERVERLER.AZ Oxu.Az-a istinadən bildirir ki, bunu Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresində çıxışı zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir Konqres iştirakçılarını Bakıda salamlamaqdan məmnun olduğunu bildirib:
“Dünyada bu cür yüksək səviyyəli tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil. Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bildiyiniz kimi, biz 2015-ci ildə İlk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran Prisini, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunu, eləcə də ötən ay Dünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclaslarını və digər mühüm beynəlxalq tədbirləri təşkil etmişik. Bakının bu Konqresin keçirildiyi məkan kimi seçilməsi böyük fəxrdir”. O, 2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyini vurğulayıb:
“Bu, gözəl idman növü olan gimnastikanın ölkəmizdə inkişafına böyük təkan verdi və bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı. Federasiyanın aktiv fəaliyyəti nəticəsində gimnastikaya insanların böyük marağını cəlb etmək mümkün oldu, yeni infrastruktur yaradıldı və uğurlu kadr islahatları aparıldı”.
A.Rəhimov xatırladıb ki, 2017-ci ildə Azərbaycanda Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclası keçirilib:
“Biz, həmçinin gimnastikanın müxtəlif növləri üzrə bir neçə dünya və Avropa çempionatı keçirmişik. Bundan başqa, gələn il bədii gimnastika üzrə Avropa və dünya çempionatlarının, eləcə də digər gimnastika növləri üzrə Avropa və dünya çempionatlarının təşkili planlaşdırılır. Bu, Azərbaycan hökumətinin idmanın, xüsusilə də gimnastikanın inkişafına xüsusi diqqət göstərdiyinə real və əyani nümunədir. Sizi inandırırıq ki, Azərbaycan bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək”.
Nazir əmin olduğunu bildirib ki, Bakıda keçirilən 82-ci Konqres yeni innovativ ideyaların mübadiləsi və gimnastikanın inkişafı – dünyada gimnastikanın rolunu və inkişaf səviyyəsini artırmağa kömək edəcək yanaşma və ideyalar üçün platforma olacaq:
“Bir daha Bakıya gəlmiş nümayəndələri səmimi qəlbdən salamlayıram və Konqresin işinə uğurlar arzulayıram”.скачать dle 10.6фильмы бесплатно

Tarix:2-12-2018, 13:19
Oxunub:37


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti