yüklənir...
yüklənir...

Rusiya hərbçisi problemlərə diqqət çəkmək istədi, qərargahı partlatdı

Müqavilə ilə xidmət göstərən Rusiya hərbçisi Suriyadan qayıtdıqdan sonra komandanlığın diqqətini hərbi hissənin problemlərinə cəlb etmək üçün alayın qərargahında partlayış törədib.

VETENPERVERLER.AZ xəbər verir ki, bu barədə "Kommersant" yazır.

Qeyd olunur ki, İrkutsk qarnizon hərbi məhkəməsi hərbçi Aleksandr Novikovu dələduzluğa görə beş il müddətinə azadlıqdan məhrum edib.

A.Novikov içində partlayıcı qurğu olan çanta aşkar edib və mayın 25-də hərbçilərin öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiklərinə diqqəti cəlb etmək üçün qərargah binasının önündə partlayış törədib. Hadisə nəticəsində növbətçi köməkçisi xəsarət alıb, qərargahın binasına zərər dəyib.

Hərbçi əvvəlcə günahını etiraf etsə də, atası ilə danışdıqdan sonra Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının ona təzyiq göstərdiyini bildirərək, ilkin ifadəsindən imtina edib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:29-08-2019, 11:27
Oxunub:66


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti