yüklənir...
yüklənir...

Çin daha bir ilkə imza atdı - Bunu heç kim gözləmirdi

Çin Ayda baza qurmağa hazırlaşır
Çinin Milli Kosmos Agentliyi ölkəsinin ilk dəfə dənizdən kosmosa raket göndərdiyini açıqlayıb.
Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, "Uzun yürüş" adı verilən raket "Yellow Sea" (Sarı Dəniz) adlı gəmidən göndərilib. Bununla da Çinin hərəkətli platformalardan raketləri göndərmək texnologiyasına sahib olduğu üzə çıxıb.
Raketin 2-si təcrübə, 5-i ticari olmaqla 7 peyk daşıdığı açıqlanıb.
Çin kosmos proqramlarına Rusiya və Yaponiyadan daha çox pul xərcləyir.
Qeyd edək ki, ilin əvvəlində ilk dəfə Ayın qaranlıq tərəfinə kosmik vasitə göndərməyi bacaran Çin Ayda baza qurmaq və Mars planetində qazma işləri üçün kosmik vasitəsi göndərmə planlarını elan etmişdi.
NASA isə daha öncə dəniz üzərindəki bir platformadan kosmosa raket göndərməmişdi. Beləliklə, Çin dənizdən kosmosa raket göndərərək bu sahədə bir addım önə keçmiş oldu.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-06-2019, 00:22
Oxunub:148


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti