yüklənir...
yüklənir...

Möhtəşəm Rio karnavalı başladı

Brazilyada hər il təşkil olunan Rio karnavalı bu il də rəngli görüntülərə səhnə olub.

Vetenperverler.Az xarici KİV-ə istinadən bildirir ki, dünyanın maraqla gözlədiyi Rio karnavalı hər il Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilir. Karnavalın ilk günündə şiddətli yağmur yağsa da, brazilyalılar çoşqu ilə əylənməyə davam ediblər. 30-dan çox rəqs məktəbindən iştirak edən rəqqaslar müxtəlif şoular göstərəcəklər.

Karnavala milli qəhrəmanların kostyumlarını geyinən minlərlə izləyici qatılıb.

Şənliyə qatılan barabançı Evelyn Bastos "Zəncilərin və xüsusilə qadınları cəsarətini nümayiş etdiririk. Beləcə Brazilyanın əsl qurucularının kim olduğunu göstəririk"-deyə açıqlama verib.

Rio karnavalı martın 9-dək davam edəcək.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-03-2019, 14:16
Oxunub:183


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti