yüklənir...
yüklənir...

Əlilliyi olan şəxslər üçün növbəti iftar süfrəsi təşkil olundu

Sumqayıt şəhərində fəaliyyət göstərən Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi “Ramazan” bayramı ilə əlaqədar 60 nəfər təşkilat üzvü üçün iftar süfrəsi təşkil etdi.

İfar süfrəsində təşkilatın üzvüləri ilə yanaşı ölkəmizdə fəalyyət göstərən QHT-lər Əsgər Ailələrinə Dəstək İB sədri Mətanət Ələsgərqızı, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial yardım İB sədri Cəmilə Abdulova, Çıraq Uşaq İnkişaf Mərkəzi İB sədri Zeynəb Hacıyeva, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə”İB sədri Elnarə Məhərrəmova, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İB sədri Məmmədhəsən Həsənov və Qarabağ qaziləri iştirak ediblər.

Vetenperverler.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına ” dəstək ictimai birliyini sədri Səbinə Kərimova bildirib ki, müqəddəs Ramazan ayında insanları bir aya gətirmək bu müqəddəs ayın gözəl ənənələrindənidr. Təşkilat rəhbəri tədbirə maddi dəstək verən şəxsə öz təşəkkürünü bildirdi.

Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. İştirak edən QHT rəhbərləri Ramazan ayı münasibətilə hər kəsi təbrik ediblər.

Tədbirin sonunda hər bir təşkilat üzvünə “Konstitusiya” Araşdırmalar Fondunun hədiyyəsi olan Əlilliyi olan şəxslərin hüquqlarına dair məlumat kitabçası təqdim olundu.

Əlilliyi olan şəxslər üçün növbəti iftar süfrəsi təşkil olundu
Əlilliyi olan şəxslər üçün növbəti iftar süfrəsi təşkil olundu
Əlilliyi olan şəxslər üçün növbəti iftar süfrəsi təşkil olundu
Əlilliyi olan şəxslər üçün növbəti iftar süfrəsi təşkil olundu
Əlilliyi olan şəxslər üçün növbəti iftar süfrəsi təşkil olunduскачать dle 10.6фильмы бесплатно

Tarix:10-06-2018, 14:23
Oxunub:83 768


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti