yüklənir...
yüklənir...

ŞAD XƏBƏR: Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar yaradılır

Sumqayıtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar üçün xüsusi zolaqların salınmasına başlanılıb.

Vetenperverler.Az xəbər verir ki, prosesin gələcəkdə bütün şəhər yollarına da tətbiq edilməsi planlaşdırılır. Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.
Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar ayrılır. Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumovun sözlərinə görə , şəhərin əsas girişi olan Sülh prospektində hərəkət sıx olduğundan avtobuslar üçün sarı zolaqlar salınır. Tıxacların qarşısının alınması məqsədilə yolun birinci zolağı avtobuslar üçün ayrılıb.

Şəhər sakinləri də çəkilən zolağın onların yararına olacağını düşünürlər.

Hələlik Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında tətbiq edilə bilər. Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:2-07-2019, 00:06
Oxunub:84


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti