yüklənir...
yüklənir...

Çimərliklərdə reyd: icarədarlar cərimələndi

Bakıda bir sıra dənizkənarı istirahət mərkəzlərinin icarədarları cərimələnib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyunun 20-də paytaxtın Xəzər rayonu ərazisində tullantıların kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Reydlər zamanı “Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzlərinin ərazilərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-06-2019, 13:16
Oxunub:85


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti