yüklənir...
yüklənir...

Alma emalı müəssisələri yaradılır

Artıq super intensiv bağların salınması ənənəvi bağların zamanla səmərə verməməsinə səbəb olub.
Vetenperverler.Az xəbər verir ki, Qubada uzun illərdir almaçılıqla məşğul olan fermerlər satışla bağlı çətinliklər çəkirlər. Satılmayan məhsul ya çaylara tökülür, ya da bağlarda məhv olur.
Problemin həlli ilə bağlı isə regionda meyvə emalı müəssisələri yaradılır. Alma məhsulundan ilk dəfə çipsi hazırlanaraq xarici bazara göndərilir.
Mütəxəssislər meyvə emalı müəssisələrinin yaradılmasının müsbət nəticələr verəcəyini deyirlər. Yaradılan müəssisələr də alma ilə yanaşı, digər məhsulların da satışındakı çətinlikləri aradan qaldıracaq.
Artıq Qubada meyvə emalı müəssisələrinin sayı artıb. Xüsusən ikinci və üçüncü növ meyvələri alan müəssisələr müxtəlif məhsullar istehsal edərək ölkədaxili ilə yanaşı xarici bazara da məhsul göndərirlər. “Made in Azerbaijan” brendi ilə satışa göndərilən məhsullar ölkənin xaricdə tanınması baxımından əhəmiyyətlidir.
Mütəxəssislər emal müəssisələrinin çox olmasının rəqabət mühiti yaradaraq təsərrüfatçılardan daha yaxşı qiymətlə məhsul almağa şərait yaradacağını deyirlər.

Alma emalı müəssisələri yaradılır
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-05-2019, 22:27
Oxunub:245


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti