yüklənir...
yüklənir...

Bu məktəbdəki şahmat fiqurları uşaqların özü boydadır -

Qeyri-adi şahmat dərsi.

Vetenperverler.Az xəbər verir ki, Mingəçevir Şahmat məktəbində şahmat dərsləri açıq havada, qeyri adi şəkildə keçilir. Uşaqların şahmata həvəsini artırmaq üçün binanın qarşısında lövə hazırlanıb. Müxtəlif yaş qruplarından olanlar lövhə üzərinə fiqurları həvəslə daşıyırlar. Bu idman növünə yeni başlayanlar məşqçi-müəllimlər tərəfindən qədim hind oyunun sirlərini öyrənirlər.

Şagirdlər bu cür böyük fiqurların onlar üçün daha maraqlı olduğunu deyirlər. Valideynlər də şahmat dərslərinin qapalı məkandan kənarda, açıq havada keçirilməsinin tərəfdarı olduqlarını bildirir.

Bu məktəbdə hazırda müxtəlif yaş qruplarından olan 412 şagird şahmatın sirlərini öyrənir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-05-2019, 03:39
Oxunub:122


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti