yüklənir...
yüklənir...

Sumqayıtda əhalini narahat edən problemlər həll olunur

Sumqayıt şərində binaların dam örtüyü yenilənir.
Sumqayıtda əhalini uzun müddətdir ki, narahat edən problemlər həll olunur. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, mənzil fonduna aid 1300 yaşayış binası var ki, bunlardan 900 -ü yumşaq dam örtüklüdür. Son 2 il ərzində isə 800-dən çox binanın dam örtüyü yenilənib.
Vetenperverler.Az məlumatına görə, ölkə başçısının müvafiq sərəncamları əsasında çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi məqsədilə ayrılan vəsait hesabına il ərzində bu işlər davam etdiriləcək. Şəhərin bir sıra yaşayış massivində yerləşən daha 100 binanın dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub.
Sumqayıt şəhərində əhalini narahat edən problemlərdən biri də liftlə bağlı idi. Bu problemin aradan qaldırılması üçün Prezidentin imzaladığı sərəncamdan ayrılan vəsait hesabına Belarusdan 62 lift alınıb. Sumqayıt Şəhər Lift Servis birliyinin baş mühəndisi Ramiz Məmmədovun sözlərinə görə, bu liftlərin hansı ərazilərə quraşdırılacağı məlumdur. Bundan əlavə, daha 72 ədəd lift təmir olunacaq.
Bütün bunlarla bərabər yaşayış binaların girişləri də təmir edilir. Şəhərdə yol infrastrukturuna da xüsusi diqqət yetirilir. Son 2 ildə Sumqayıtın şəhərdaxili və məhəllədaxili yollarına 2 milyon kvadratmetr asfalt örtüyü döşənib. Cari ilin birinci rübündə 100 min kvadratmetr asfalt vurulub.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-04-2019, 23:53
Oxunub:65


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti