yüklənir...
yüklənir...

Kənd həkimləri kommunal xərclərdən azad oluna bilər

"Rayonlarda, ucqar kəndlərdə həkimlərin işləməsi üçün stimullaşdırıcı tədbirlərin tətbiq olunması ilə bağlı yenidən məsələ qaldırılıb"

Vetenperverler.Az xəbər verir ki, bu barədə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini deyib ki, stimullaşdırıcı tədbirlər ucqar kəndlərdə, rayonlarda həkimlərin işləməsi üçün vacibdir.
"Bölgələrdə işləyən həkimlərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Bundan əvvəl bir neçə illik proqram mövcud idi. Yenə məsələ qaldırılıb. Yəqin ki, baxılacaq. Həkimlər üçün stimullaşdırıcı tədbirlər olmalıdır ki, onların rayonlarda, ucqar kəndlərdə işləməyə marağı olsun. Bu, bir neçə istiqamətdə ola bilər: əmək haqqının artırılması, kommunal xidmətlərdən azad olunma və s. Başqa ölkələrdə bu cür təcrübə mövcuddur".

E.Ağayev qeyd edib ki, rayonlarda, ucqar kəndlərdə həkim çatışmazlığı həmişə olub və bu gün də var: "Hazırda Azərbaycanda həkim və orta tibb işçilərinin sayı dünya statistikasına uyğundur. Belə ki, 10 min əhaliyə düşən həkimlərin sayı 34 rəqəmi ilə ölçülür ki, bu da dünyanın aparıcı ölkələrində də belədir". скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-04-2019, 02:27
Oxunub:90


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti