yüklənir...
yüklənir...

Qırğızstanda qız qaçıranları 10 il həbs gözləyir

Qırğızstanda qızların ailə qurmaq məqsədilə qaçırılmasına görə cəzalar sərtləşdirilib.

Vetenperverler.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, indi qız qaçırlanları 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda, həmin şəxslər 200 min som (3000 dollardan çox) cərimə ediləcək.
"Dünya qadın bankı" hüquq təşkilatının lideri Gülsən Abıtovanın sözlərinə görə, gənc qızların ailə qurmaq məqsədilə qaçırılması davam edir: "Hətta elə faktlar olub ki, qızlar qaçırıldıqdan sonra intihar ediblər".

Abıtovanın sözlərinə görə, çox zaman qaçırılan qızların yaxınları bu barədə hüquq mühafizə orqanlarına xəbər vermir.

Hüquq müdafiəçilərinin məlumatına görə, hər gün 30-a yaxın azyaşlı qız qaçırılır və onlardan 6-sı təcavüzə məruz qalır. Ölkədə hər 5 nikah qızların qaçırılması nəticəsində baş tutur. Kəndlərdə isə bu hal 60 faiz-i keçib.

Qeyd edək ki, ölkədə sonuncu dəfə qız qaçırmaya görə cəzalar 2013-cü ildə sərtləşdirilib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-04-2019, 15:33
Oxunub:43


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti