yüklənir...
yüklənir...

Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür etdilər

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı prezident İlham Əliyevə təşəkkür ediblər,
Vetenperverler.az xəbər verir ki, hüquq müdafiəçilərinin prezidentin imzaladığı son əfv sərəncamı ilə bağlı minnətdarlıq müraciətini təqdim edir:
“Hörmətli cənab Prezident!

Novruz Bayramı ərəfəsində imzaladığınız növbəti Əfv Fərmanından duyduğumuz məmnunluğa görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz bir daha sübut etdiniz ki, ölkəmizdə insan hüquqlarının bərqərar olması yönündə yaranan hər hansı bir məsələni heç bir xarici qüvvənin təsiri və müdaxiləsi olmadan özümüz həll etməyə qadirik.

Sizin imzaladığınız və humanistlik, insanpərvərlik hisslərinə söykənən Əfv Fərmanı nəticəsində siyahımızda adları çəkilən onlarca məhbus azadlığa çıxaraq yollarını gözləyən ailələrinə qovuşdular. Siyahıda keçmiş səhiyyə naziri Əli İnsanovun, AXCP üzvləri Gözəl Bayramlının, Fuad Qəhrəmanlının, gənc fəallar İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, inanclı insanların və digər onlarca şəxsin olması Əfv Fərmanına böyük dəyər qatmış oldu”.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-03-2019, 12:39
Oxunub:161


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti