yüklənir...
yüklənir...

Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər

Novruz bayramı Sumqayıt şəhərində möhtəşəm şəkildə qeyd edildi.
Novruz bayramı-milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir. Milli yaddaşımızın bayramıdır. Azərbaycan xalqının zəngin tarixi mədəniyyətini, milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı bu gün Sumqayıt şəhərində möhtəşəm şəkildə qeyd edildi.
Vetenperverler.Az xəbər verir ki, Sumqayit şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri eləcə də minlərlə şəhər sakini və qonaqlar iştirak etdilər. Sumqayıt şəhər bulvarında keçirilən keçirilən bayram şənliyində Dədə Qorqud, Oğuz elinin igidi Qazan xan Azərbaycan xalqına xeyir dua verərək xalqımıza bol ruzu bərəkət gətirməsini arzuladı. Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov Novruz tədbirinin açılış rəmzi olan bayram tonqalını alovlandırdı. Novruzun personajları olan keçəl və kosanın iştirakı ilə qədim xalq rəqsləri, oyunları, nağaraçalanlardan ibarət ansanmbl tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı və hər kəsdə xoş ovqat yaratdı. Tədbir iştirakçıları əsrlər boyu yaşadığı qoruyub gələcək nəsillərə ötürdüyü milli mənəvi dəyərləri özündə əks etdirən səhnələrə yun daramağa, nehrə çalxalamağa, milli geyimlərimizə, milli mətbəximizə, xalq yaradıcılığının və sənətkarlığın ən gözəl nümunələrinə tamaşa etdilər. Bulvar boyu şəhərin Sumqayıt şəhərində fəaliyyət göstərən müəssələrin istehsal etdikləri malların nümayışı təşkil olunmuşdur. Burada rəsim qalareyasının rəsamlarının rəsam əsərləri, əl işləri də nünmayış olundu. Sumqayıt şəhər incəsənət məktəbinin kollektivləri şən mahnıları ilə qonaqları salamladılar. Bu bayramda bir daha biz Azərbaycanın xalqının biriliyi nümayiş olundu. Tədbir konsert proqramı ilə davam etdirildi.
Milli bayramımız “Novruz” hər il yüksək səviyyədə bahar ətirli Sumqayıt şəhərində eləcədə Respublikamızda qeyd olunur. Xalqın milli etiqadına söykənməklə özündə bədii estetik, milli əxlaqi dəyərləri, ülvi və dünyavi duyğuları təcəssüm etdirir. Təzə ildə xoş gününüz mübarək. Elimizdə, obamızda həmişə belə şad günlər keçirilsin. Bayramınız mübarək əziz Sumqayıtlılar, əziz Azərbaycan xalqım!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər
Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər
Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər
Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər
Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər
Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər
Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər
Sumqayıtlılar Milli bayramımız olan “Novruz”u qeyd edirlər


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-03-2019, 10:37
Oxunub:208


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti