yüklənir...
yüklənir...

"Kənddən Şəhərə" layihəsinin məqsədi fermerlərə dəstəyin göstərilməsidir" - Aparat rəhbəri

""Kənddən Şəhərə" layihəsinin məqsədi fermerlərə dəstəyin göstərilməsidir. Ona görə də bu sahədə yeni satış imkanlarının yaradılması, kiçik və orta fermerlərə dəstəyin göstərilməsini təmin ediləcək".

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev bunu jurnalistlərlə açıqlamasında bildirib:
"Onlayn satışın mobil applikasiya üzərindən həyata keçirilməsi mümkün olacaq. Ümumiyyətlə vətəndaşlar orada yerləşdirilən istənilən məhsulu mobil applikasiya üzərindən əldə edə biləcək. Yəni vətəndaş sifariş verir, həcmindən asılı olaraq çatdırılma da daxil olmaqla satış həyata keçirilir. Hazırda 4 məhsulun təqdimatı oldu, amma bu, mütəmadi davam edən fəaliyyətdir. Gələcəkdə də hər bir məhsul üzrə fəaliyyətin aparılması davam etdiriləcək. Biz bütün imkanları araşdırırıq. Biz ölkə daxilində qablaşdırmanı həyata keçiririk. Gələcəkdə isə bunun ixrac imkanları da nəzərdən keçirilə bilər".скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-03-2019, 11:36
Oxunub:36


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti