yüklənir...
yüklənir...

ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLAR

Vetenperverler.az xəbər verir ki, bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) bu gün 2 yaşını ,bununla yanaşı “ Dünya azərbaycanlıların həmrəylik günü” və “Yeni il” bayramı münasibəti ilə Savalan restoranında «Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi. Birliyin rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq,təşkilatın illik hesabatını təqdim etdi. Təşkilat 28.02.2016-ci il tarixində təsis edilib və 31.01.2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai birlikdir. Hazırda təşkilatın 60 dan çox üzvü var. Birliyin əsas məqsədi əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.Təşkilatın əsas fəaliyyət istiqamətləri: Əlillərin Sosial müdafiəsi və sağlamlığının qorunması əlilliyin qarşısının alınması,əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdiliməsinə yardım etməkdir.

Bu gün ƏSMİD ictimai Birliyinin 2 yaşı qeyd olunur. Yeni yaranmasına baxmayaraq bir çox tədbirlərə və aksiyalara imza atıb. 2018-ci ildə görülən işlər barədə məlumat verərək qeyd etdi ki,Ramazan bayramı ilə əlaqədar hər il 30 nəfər əlilliyi olan şəxslərin pulsuz tibbi müayinə olunmasına, o cümlədən əlilliyi olan şəxslərin övladları üçün Unikal klinikasının dəstəyi ilə sünnət aksiyası təşkil edilmişdir. Bununla yanaşı təşkilat üzvüləri üçün ölkəmizin bir çox rayonlarında yerləşən tarixi abidəllərinə səyahət turları təşkili edilib.Yeni il və Novruz bayramları keçirilib.

Soyqırımın 100 illiyi ilə bağlı Sumqayıt şəhərində elmi-praktik konfrans, Əlil gənc xanımlar üçün biçmə-tikmə kursları, əliliyi olan gənclər üçün mühasibatlıq kursları,ölkənin bir çox səfalı yerlərinə səyahətlərin təşkili və Soyqırım abidələrinə ziyarətlər,Ümumrespublika idman oyunlarına və sərgilərinə cəlb olunublar.Bu ildə təşkilat üzvülərini sosial müdafiəsinin yaxşılaşdırılmasına şərait yaradaraq,onların müvəqqəti işlə təmin olunmasına köməklik göstərilib və əlilliyi olan təşkilat üzvüləri ilə mütamadi olaraq görüşlər təşkil edilmişdir.Təşkilatımız bir çox Nazirliklər,QHT-lər və dövlət idarələri ilə sıx əməkdaşlıq edir. Təhsil nazirliyi ilə əməkdaşlıq edərək, “Sağlam düşüncə,sağlam cəmiyyətdir” mövzusunda Sumqayıt şəhər ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında təlimlər keçərək,onların əlilliyi olan şəxslər barədə maarifləndirməsinə yardımçı olur.

Tədbirdə iştirak edən bir çox QHT rəhbərləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB sədr Zenfira Mustafayeva, Əsgər Ailələrinə Dəstək İB sədri Mətanət Əsgər qızı, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İB sədri Cəmilə Abdulova, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə, Gələcəyə Baxış Avropaya İnteqrasiya İB sədri Bəsti Nəsibova və Gözdən Əlillər Cəmiyyəti Sumqayıt şöbəsinin sədri Tamam xanım bayram təbriklərini əlilliyi olan şəxslərə çatdırdılar. Tədbir maraqlı viktorinalar və musiqili qonaqların ifası ilə sona çatdı.
ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLAR
ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLAR
ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLAR
ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLAR
ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLAR
ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLAR
ƏSMİD İctimai Birliyi -«Sağlam düşüncə,sağlam cəmiyyətdir” adlı bayram şənliyi təşkil etdi-FOTOLARскачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-12-2018, 22:55
Oxunub:71


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti