yüklənir...
yüklənir...

Şəkidə internat işçiləri 3 aydır maaş almır

Şəki şəhərindən azadliq.info-ya daxil olan məlumatda bildirilir ki, Qarışıq tipli internat məktəbində 30-a yaxın işçi 3 aydır ki, əmək haqlarını ala bilmir. Məsələ ilə bağlı əməkdaşımız Şəki Qarışıq tipli internat məktəbinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd edib. Şəki Qarısıq Tipli İnternat məktəbinin müdir müavini Şərifova Rəna maaşların indiyə kimi verilməməsinə münasibət bildirərək faktı qismən təsdiq edib. Müdir müavini bildirib ki, əsas səbəb maaş kartlarının yenilənməsi ilə əlaqədardır. (ajantv.com) Rəna Şərifova müəllimlərin bir qisminin əmək haqlarını vaxtında aldıqlarını qeyd edib. Amma texniki işçilərin maaşları almadığını bildirib. Həmçinin Rəna xanım əmək haqqı kartlarının nə vaxt yenilənəcəyini bilmədiyindən problemin nə zaman həll olunacağından xəbərsiz olduğunu deyib.


скачать dle 10.6фильмы бесплатно

Tarix:18-11-2016, 00:03
Oxunub:312


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti