yüklənir...
yüklənir...

DSMF-nin Kürdəmir rayon şöbəsində korrupsiya - ŞİKAYƏT

Biz Kürdəmir rayon sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qrumu olan DSMF-nin Kürdəmir rayon şöbəsində baş alıb gedən korrupsiya halları və şöbənin işçilərinin özbaşınalıqları barədə nazir Səlim Müslümova , nazirliyin aidiyyatı vəzifəli şəxslərinə, aidiyyatı dövlət orqanlarına , Kürdəmir rayon İcra hakimiyyətinə və Kürdəmir rayon prokurorluğuna dəfələrlə şikayət etməyimizə baxmayaraq yuxarıda adları çəkilən aidiyyatı orqanlar şikayətimizdə göstərdiyimiz neqativ hallarla bağlı heç bir tədbir görmür. Edilən şikayətlər gözardı edilir.

Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, DSMF-nin işçilərinin himayədarları bilavasitə yuxarıda qeyd etdiyim orqanlardır. DSMF-nin Kürdəmir rayon xidmətində vətəndaşlara xidmət sahəsində ən kiçik xidmətdən belə tutmuş pensiya təyinatına kimi korrupsiya mövcuddur. Detalları ilə açıqlama verirəm: 1.Ünvanlı sosial yardım sahəsində - Hidayətov Hamil necə deyərlər bir növ vətəndaşlara qan uddurur belə demək doğru olardı. Bu şəxs dəllarla əlbir olub vətəndaşlara 500-1000 manat məbləğində sosial yardım təyin edir. Həmin dəllalların bizə məlum olan adları: Kəmaləddin, Adil, Şahbaz və s. Burda sual oluna bilər ki, ölkə başçısının məlum fərmanı ilə Ünvanlı sosial yardım avtomatlaşdırılıb. Bəs necə olur bu sahədə korrupsiya faktı hələ də qalır? Sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq (VEMTAS) sadə vətəndaşlar bu sistemdən özləri fərdi qaydada istifadə edə bilmirlər. Sonda vətəndaş məcbur qalaraq üz tutur fondun işçilərinə.

DSFM-nin Kürdəmir rayon şöbəsində Hamil Hidayətov başda olmaqla Ramin Mürsəlov, Cəlal adlı şəxs və bir neçə digər işçilər müəyyən rüşvət (500-1000 manat) məbləğində vətəndaşlar haqqında məlumatları VEMTAS- a daxil edirlər. Sonda guya sosial yardımı vətəndaşa həmin şəxslər təyin etmiş oldu. Yəni bu şəxslər sadə vətəndaşların məlumatsızlığından, maarifsizliyindən istifadə edərək onların qanını içir. 2.Sosial müvainətlər sahəsində Mürsəlov Ramin. Bu şəxs uşağın Anadan olmasına görə verilən birdəfəlik müavinətdən tutmuş penitensiar müəssisələrdən azad olunan şəxslərə verilən müavinətlərin təyinatını və digər müavinətlərin təyinatını rüşvət qarşılığında aparırır. İdarəyə müraciət edən vətəndaşlara isə öz əxlaqsızlığı və qeyri etik davranışı ilə seçilir. 3.İsmiyev Şahin. Bu şəxs vətəndaşlarla kobud, etikalardan kənar hərəkətləri ilə seçilir. 

Ona müraciət edən qadınlara isə öz əxlaqsızlığı ilə seçilir. Sosila sığorta şəhadətnamələrini vətəndaşlarar pulla satır. 4.Pensiya sektorunda isə anarxiya hökm sürürür. Müvafiq yaşa çatmış lakin lazım olan iş stajı olmayan vətəndaşlara saxta staj yazmaqla əmək və yaxud əlilliyə görə qanunsuz pensiya təyinatı aparırlar. Pensiya sektorunun ciddi surətdə yoxlanılmasını tələb edirik. Bu şöbənin Elnur, Elçin daxil olmaqla hər bir işçisi korrupsiya ilə məşğuldur. DSMF-nin Kürdəmir şöbəsinin işçilərinə deyəndə ki niyə rüşvət alırsınız? deyəndə, cavabında bildirirlər ki, "müdir haqq istəyir”, "İcra başçısı haqq istəyir”, "nazirlik haqq istəyir” bəs biz neynəyək? Biz də məcburuq sizlərdən rüşvət alaq. Gedin hara şikayət edirsinizsə edin cavabını verirlər. Fondun ən aşağı işçisindən tutmuş yuxarı vəzifəli işçilərinə qədər hər bir işçi öz sahəsinin dırnaqarası "qəhrəmanıdır”. Biz aidiyyatı orqanlardan DSMF-nin Kürdəmir rayon şöbəsinin hər bir işçisini ən sərt formada cəzalandırılmalarını tələb edirik. Bütün mətbuat orqanlarından bizim bu müraciətmizi geniş formada işıqlandırılmalarını xahiş edirik.
скачать dle 10.6фильмы бесплатно

Tarix:12-10-2016, 22:48
Oxunub:999


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti