yüklənir...
yüklənir...

Ağcəbədidə Alpaqut üzrə seminar və dərəcə imtahanı keçirilib

Bu gün Azərbaycan Alpaqut Federasiyası Qarabağ Regional Nümayəndəliyinin və Ağcəbədi Filıalının birgə təşkilatçılığı ilə idmançılar üçün zona seminarı və kəmər dərəcə imtahanı keçirilib.

Azərbaycan Alpaqut Federasiyasının rəsmi Fecabook səhifəsində yayılmış xəbərə görə seminar Ağcəbədi rayon şəhid Hamlet Məmmədov adına Qaradolaq kənd 1 saylı orta məktəbin idman zalında baş tutub.

Seminardan öncə məktəbin akt zalında müəllim və şagird kollektivi, şəhid ailləri və kənd icmaiyyətinin nümayəndələrinin iştirakı ilə görüş təşkil edilmişdi. Görüş iştirakçılarına Alpaqut Turan döyüş sənəti haqqında geniş məlumat verilmiş və suallar cavablandırılmışdı.

Seminar və imtahanda AAF-nin Ağdam, Ağcəbədi və Laçın Filiallarının alpları iştirak edib.

Seminarı AAF-nin regional inkişaf üzrə vitse prezidenti Tegin Rafiq Qasımov aparırdı. Seminardan sonra kəmər üstüngünə (dərəcəsi) imtahanı keçirildi.

Seminar və imtahanda AAF-nin Qarabağ Regional Nümayəndəliyinin sədri Tegin Kənan Quliyev və Ağcəbədi Filialının rəhbəri Elsevər Puri də iştirak edib.

Ağcəbədidə Alpaqut üzrə seminar və dərəcə imtahanı keçirilib

Ağcəbədidə Alpaqut üzrə seminar və dərəcə imtahanı keçirilib

Ağcəbədidə Alpaqut üzrə seminar və dərəcə imtahanı keçirilib

Ağcəbədidə Alpaqut üzrə seminar və dərəcə imtahanı keçirilib
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-12-2019, 20:04
Oxunub:202


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti