yüklənir...
yüklənir...

Mingəçevirin Dünya Çempionları ilə görüş -FOTOLAR

Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir filialının üzvləri dünya çempionatında iştirak etmiş idmançı uşaqlarla görüşüblər.

VETENPERVERLER.AZ Kanal32.az-a istinadən xəbər verir ki, Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə keçirilən ikinci dünya çempionatında qalib olmuş və mükafat qazanmış idmaçılarla görüş keçirilib.Tədbirdə Əfqanstan müharibəsi veteranları,Mingəçevir İcra Hakimiyyətinin məsul əməkdaşı Bəxtiyar Mustafayev iştirak edib.

Görüşü açıq elan edən Əfqanıstan Veteranları İB Mingəçevir filialının sədri Elşən İbrahimli idmançıları təbrik edib,onların bu yaşda qazandıqları uğurları gələcək karyeraları üçün çox önəmli addım kimi dəyərləndirib.

Sonra Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir filialı adından uğur qazanan idmançılara fəxri fərmanlar təqdim edilib.

Mingəçevir İcra Hakimiyyətinin məsul əməkdaşı Bəxtiyar Mustafayev də öz növbəsində Alpaqut Turan Döyüş Sənəti üzrə keçirilən dünya çempionatında fəxri kürsüyə qalxmış idamçıları təbrik edib.Onlara şəhər rəhbərinin salmlarını çadırıb.Mingəçevir “Tayçszi-Çsyuan” idman sağlamlıq klubunun məşqçi-müəllimi Mehman Məlikova öz minnətdarlığını bildirən Bəxtiyar Mustafayev qazanılan uğuru Mingəçevir idmanı adına tarixi naliyyət adlandırıb.

Tədbirdə çıxış edən Karate üzrə qara kəmər ustası, ömrünün 30 ilini mingəçevirli yeniyetmə və gənclərin idman həyatına həsr etmiş , Azərbaycan Alpaqut Federasiyasının Mingəçevir şəhər şöbəsinin sədri, Kinq-boksinq üzrə məşqçi və hakim, Mingəçevir “Tayçszi-Çsyuan” idman sağlamlıq klubunun məşqçi-müəllimi Mehman Məlikov yarış haqqında məlumat verib.

O bildirib ki,Dünya çempionatda 24 ölkədən 500-dən çox idmançı Alpaqut döyüş sənətinin beş növü – aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparıblar. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub.Onlardan 11 nəfəri Mingəçevir “Tayçszi-Çsyuan” idman sağlamlıq klubunun idmançıları olub.Onlardan 4 nəfəri 1-ci yeri tutaraq dünya çempionu adını qazanıblar.Digərləri isə 2-3 yerlərə sahib olublar.

Mingəçevirin Dünya Çempionları ilə görüş -FOTOLAR
Mingəçevirin Dünya Çempionları ilə görüş -FOTOLAR
Mingəçevirin Dünya Çempionları ilə görüş -FOTOLARскачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-12-2019, 20:14
Oxunub:168


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti