yüklənir...
yüklənir...

Ağdam Musiqi Kollecində görüş

Noyabrın 7-də Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi Kollecinin müəllim kollektivi ilə görüşüb.

Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrün müəllimlərindən tələb olunan əsas keyfiyyətlərdən danışıb. Nazir müavini deyib ki, hər bir müəllim nümunə olmalı, öz məsuliyyətini dərk etməlidir.

Firudin Qurbanov bildirib ki, müəllim öyrənməyi öyrətməli, xarici dil biliklərinə yiyələnməli, müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Nazir müavininin sözlərinə görə, təhsilalanların mütaliə bacarığının formalaşmasında müəllim xüsusi rol oynayır. Gəncləri elə formalaşdırmaq lazımdır ki, onlar ölkəmizin gələcək inkişafını təmin edə bilsinlər.

Tədbirdə Firudin Qurbanov Ağdam Musiqi Kollecinin fəaliyyətinə toxunub, təhsil müəssisəsinin mədəniyyətin aşılanmasında rolunu qeyd edib.

Sonda nazir müavini müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Ağdam Musiqi Kollecində görüş

Ağdam Musiqi Kollecində görüş

Ağdam Musiqi Kollecində görüş

Ağdam Musiqi Kollecində görüş

Ağdam Musiqi Kollecində görüş

Ağdam Musiqi Kollecində görüş



скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-11-2019, 18:57
Oxunub:23


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti