yüklənir...
yüklənir...

Ağdam 110 saylı köçkün orta məktəbdə Bayraq Günü münasibəti ilə tədbir düzənlənib

Bayraq hər bir vətəndaşımız üçün qürur və fəxarət hissi olmalıdır. Dövlət bayrağımızın müqəddəs olduğunu, şərəfimiz və son libasımız olduğu gənc nəslin şuurlarına hakim kəsilməlidir. Bunun üçün ilkin təbliğat orta məktəbdən başlamalıdır.

Bu baxımdan sevindirici haldır ki, dünən və bu gün ölkəmizin orta məktəblərində Dövlət Bayraq gününə həsr edilmiş tədbirlər keçirilib.

Belə təbbirlərdən biri də bu gün Ağdam rayon 110 saylı köçkün tam orta məktəbində baş tutub. "Bayraq qürumuz, bayraq şərəfimiz" şuarı altında təşkil olunan tədbir dövlət himnimizin səslənməsi ilə başlayıb. Sonra məktəbin direktoru, tanınmış pedaqoq və ictimaiyyət nümayəndəsi Cəmilə xanım Qasımova giriş sözü ilə açaraq, üç rəngi bayrağımızın hansı məşəqqətli tarix yaşamasını və bu gün dövlət bayğarımız kimi başımızın üzərində qürurla dalğalanmasından danışıb.

Sonra məktəbin şagirdlərinin ifasında dövlət bayrağımız haqqında şerlər səsləndi və musiqi nömrələri təqdim edildi.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı təhsil ocağının fəaliyyət göstərdiyi köçkün qəsəbəsinin sakinləri də iştirak etmişlər.

Sonra tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Ağdam 110 saylı köçkün orta məktəbdə Bayraq Günü münasibəti ilə tədbir düzənlənib

Ağdam 110 saylı köçkün orta məktəbdə Bayraq Günü münasibəti ilə tədbir düzənlənib

Ağdam 110 saylı köçkün orta məktəbdə Bayraq Günü münasibəti ilə tədbir düzənlənib

Ağdam 110 saylı köçkün orta məktəbdə Bayraq Günü münasibəti ilə tədbir düzənlənib

Ağdam 110 saylı köçkün orta məktəbdə Bayraq Günü münasibəti ilə tədbir düzənlənib

Ağdam 110 saylı köçkün orta məktəbdə Bayraq Günü münasibəti ilə tədbir düzənlənib
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-11-2019, 18:16
Oxunub:68


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti