yüklənir...
yüklənir...

Goranboy Rayon Təhsil Şöbəsi müdirinin qanunsuz hərəkətinə etiraz əlaməti olaraq direktor vəzifəsindən imtina etdi

"Goranboy rayonunun təhsil sistemində olan haqsızlıqlara görə bu gündən direktor olmaqdan şəxsən imtina edirəm."

Bu barədə direktorların işə qəbul imtahanından 41 bal toplamış Səməndər Həsənov öz fecabook səhifəsində bildirib.

"2019-cu ilin iyul ayında elan edilmiş direktorların işə qəbul müsabiqəsi üzrə avqust ayının 2 də keçirilmiş imtahanda 41 bal toplayaraq müsabiqənin birinci mərhələsini keçmiş hesab edildim. Avqust ayının 22 i isə müsahibə mərhələsinə dəvət olunmuşam. Müsahibə mərhələsindən də uğurla keçmiş hesab edilmişəm. Oktyabr ayının 2 i təyinat üçün Təhsil Nazirliyinə çağrılmışam. Ancaq Goranboy Rayon Təhsil Şöbəsinin müdirinin dediyinə görə mən seçim etdiyim iki məktəbin hansına təyinat alsam işləyə bilmiyəcəm. Şəxsən imkan verməyəcəm. Seçim etdiyim iki məktəbin heç birinə layiq bilmədiyi üçün Goranboy Rayon Təhsil Şöbəsinin müdirinə təşəkkürümü bildirirəm.

Bu yazını yazmaqda məqsədim odur ki, Goranboy rayonunun təhsil sistemində olan haqsızlıqlara görə bu gündən direktor olmaqdan şəxsən imtina edirəm."

Goranboy rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədovun da qarşı tərəf kimi mövqeyini dinləməyə hazırıq.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-10-2019, 11:22
Oxunub:227


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti