yüklənir...
yüklənir...

Agcabədi rayonunda qohum qohumunu bıcaqladi

Ağcəbədidə qanlı cinayət hadisəsi baş verib.

VETENPERVERLER.AZ-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə rayonun mərkəzində baş verib.

Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Məhərrəmov Ruslan Tofiq oğlu doğma bibisi oğlu, 1999-cu il təvəllüdlü Quliyev Əli Ənvər oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə R.Məhərrəmov üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Ə.Quliyevi ürəyindən bıçaqlayıb.

Ə.Quliyev təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-10-2019, 09:19
Oxunub:31


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti