yüklənir...
yüklənir...

Sərhəd bölgəsinə səyahət

Agdam rayonunun Quzanlı qəsəbəsindəyik.
Rayon mərkəzi sayılan qəsəbədə həyat qaynayır. Kimisi həyətində əkir, məsul becərik, kimisi iş başında , kimisi də dolanışıgı üçün zəhmətə qatlasır .İrəlidə isə əsgərlərimiz ayiq sayıq keşiyimizi çəkirlər .
Agdam rayonunun 80 faizindən çoxu erməni - rus işgalçıları tərəfindən1993 cü ilin iyul ayının - 23 dən bu günə qədər əsarət altındadır . İlk növbədə Quzanlı qəbristanlıgına baş çəkirik.
Atam şair - jurnalist İlyas Allahverdiyevin və polis işçisi , sambo cüdo üzrə dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu olmuş , Qarabag müharibəsi döyüşcüsü, 45 yaşını yenicə tamamlayan qardaşım Namiqin məzarını ziyarət edirəm. Agdam həsrətinə dözməyən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Qarabag müharibəsi əlili olmuş böyük qardaş Vaqif baxmayaraq ki, oruc tutsa da istidə xeyli yol gələrək dördyolda məni qarşılayır və təklif edir ki, Sosialist Əməyi Qəhrəmanı , rayon Agsaqqallar Şurasının sədri ,90 yaşlı Sədrəddin Ələsgərovla görüşək .
Bizi mehriban qarşılayan və hamınınn Geroy çagırdıgı Sədrəddin kişi köhnə xatirələrini danışir . Dəfələrlə Ulu ondər Heydər Əliyevlə görüşündən iftixarla söhbət açır . El agsaqqalının sohbəti olguqca maraqlıdir .
Bu günlərdə Sədrəddin kişinin səhhətində problem yarandıgını eşidən rayonun rəhbərləri, başda icra başçısı Vaqif müəllim olmaqla polis rəisi, məhkəmənin sədrı və digər vəzifəli şəxslər veteranın görüşünə gəlmişlər.
Sag olsunlar , vaxt tapıb el agsaqqalı ilə görüsə gəlib 90 yaşlı nurani insanı ziyarət ediblər.
Məni isə bir məsələ maraqlandırır.
Biz Agdamı , dogma şəhərimizi, Qubadlımızı, Kəlbəcərimizi, Lacınımızi və digər işgalda inləyən rayon və qəsəbələrimizi düşmən əsarətindən necə azad edəcəyik.
Allah bizə Qələbə sevincini görməyimizi nəsib etsin .
Rauf İlyasoglu

Sərhəd bölgəsinə səyahət
Sərhəd bölgəsinə səyahət
Sərhəd bölgəsinə səyahət

Sərhəd bölgəsinə səyahət
Sərhəd bölgəsinə səyahət
Sərhəd bölgəsinə səyahət
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-05-2019, 00:29
Oxunub:97


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti