yüklənir...
yüklənir...

Böyük Vətən müharibəsində 7300-dən çox ağdamlı ön cəbhədə vuruşub

Ağdam rayonunda Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirildi
Vetenperverler.Az AZƏRTA-a istinadən xəbər verir ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Faşizm üzərində Qələbənin əldə edilməsində Ağdamın qəhrəman oğul və qızları da böyük rəşadət göstəriblər. Ön cəbhəyə yola salınan 7300 nəfərdən artıq ağdamlıdan 3600-dən çoxu müharibədən geri qayıtmayıb.
Rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, məktəblilər Əhmədağalı kəndində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüblər. Müharibədə həlak olan həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər İkinci Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı, ön və arxa cəbhələrdə göstərdiyi misilsiz rəşadətdən, faşizm üzərində Qələbənin qazanılmasında rolundan danışıblar.
Sonra Böyük Vətən müharibəsi veteranlarına hədiyyələr verilib. Müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir məktəblilərin ifasında kompozisiya ilə başa çatıb.
Rayon icra hakimiyyətinin nümayəndələri sonra Xındırıstan kəndində Böyük Vətən müharibəsi veteranı Səfər Əhmədovun evinə baş çəkərək, onu qələbə bayramı münasibətilə təbrik edib, hədiyyə veriblər.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-05-2019, 01:12
Oxunub:129


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti